Netanyahudan Mahmud Abbasa çağırış: `Gəl parlamentdə danış`


23:33     23 Sentyabr 2016 Benjamin-Netanyahu.jpg

İsrail Baş naziri Binyamin Netanyahu Fələstin Prezidenti Mahmud Abbası İsrail parlamentində çıxış etməyə dəvət edib.


BMT Baş Assambleyasına xitab edən İsrail Baş naziri Netanyahu Fələstin Prezidenti Abbasa səslənib. Abbasa "Qüdsdəki Knessetə (İsrail parlamenti) gəlib İsrail xalqına xitab et", - deyən Netanyahu qarşılığında məmnuniyyətlə Rəmallahdakı Fələstin parlamentində gedib çıxış edəcəyini deyib. Netanyahu "Sülh yolu Nyu-Yorkdan deyil, Qüds və Rəmallahdan keçir", - deyə də əlavə edib.

Müzakirələrlə bağlı olaraq "İsrail hazırdır, mən hazıram", - sözlərini istifadə edən Netanyahu bütün yekun statusları müzakirəyə hazır olduğunu, ancaq yeganə yəhudi dövləti hüququnun bu məsələlərdən biri olmadığını qeyd edib.

BMT-nin ötən il Baş Assambleyadan keçirdiyi İsrail dövləti əleyhinə 20 qərar səbəbindən hər iynələyici sözü deməyə haqlı olduğunu söyləyən Netanyahu fələstinlilərin insan haqlarını pozduğu üçün İsrail hökumətini pisləyən BMT İnsan Haqları Şurası üçün də "zarafat kimi" dəyərləndirməsini edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1070